Coğrafiya fənnindən nümunəvi dərs

Məktəbin coğrafiya müəllimi Dadaşova Məlahətin 6”C” sinfində “Müxtəlif xalqlar, irqlər, dinlər” mövzusunda nümunəvi dərsi oldu. Dərs zamanı şagirdlər xəritə, sxem və cədvəllərdən istifadə edərək dünyanın müxtəlif xalqlarının dili, dini, irqi və yayıldığı ərazilər barədə maraqlı məlumatlar əldə etdilər. Dərs prosesində mövzunu möhkəmləndirmək üçün müxəlif videomateriallardan istifadə olundu.