Məzunlarımızla qürur duyuruq

2018-2019-cu tədris ilini uğurla başa vuran məzunlarımızdan biri də Əlizadə Lamiyyədir. Lamiyyə yoldaşlarından fərqli olaraq ali təhsilini respublikamızdan kənarda-Türkiyədə Düzcə Universitetində almağa qərar verdi.
O, orta təhsilini fərqlənmə attestatı ilə bitirməklə, eyni zamana YÖS proqramı ilə hazırlaşaraq bu uğura nail olmuşdur.
Lamiyə əldə etdiyi yüksək nəticəsi ilə dünyanın müxtəlif ölkələrindən gələn ən yüksək bal toplayan 5 tələbədən biridir. Lamiyyənin tələbə adını qazanması münasibəti ilə təbrik edir, gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq.