Açıq dərs keçirildi

Ailə həyatımızda mühim rol oynayan ən yaxın və ən əziz insanlar birliyidir. Bu baxımdan 5”C” sinfində “Meet my family” mövzusunda ingilis dili müəllimi Abbasova Təranənin açıq dərsi keçirilmişdir.
Dərsdə şagirdlər “Mənim ailəm” mövzusunda müzakirələrdə iştirak etmişlər. Yaradıcı iş olaraq öz ailə ağaclarını tərtib edərək yoldaşlarına təqdim etmişlər.
Şagirdlər dərsdə mövzu üzrə dinləyib-anlama tapşırıqlarını yerinə yetirmişlər. Dərs şagirdlərin böyük marağına səbəb olmuşdur.