Uğurların bol olsun!

2018-2019-cu tədris ilini uğurla başa vurduq.Bu tədris ilində şagirdlərimiz bizi qazandıqları uğurlarla sevindirdilər və qürurlandırdılar. Bu nailiyyətlər bu gün ölkəmizdə gənclərin yaxşı təhsil alması, vətənpərvər böyüməsi üçün hər cür şəraitin yaradılmasının nəticəsidir. Tədris ilində yüksək nailiyyətlər əldə edərək fəxrimiz olan şagirdlərdən biri də məktəbimizin məzunu Həsən Həsənovdur. Tam orta təhsili xüsusi nailiyyətlərlə başa vuran H.Həsənov Qızıl medala layiq görülmüşdür.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın 2018/2019-cu tədris ilinin yekunları və 2019/2020-ci tədris ilinə hazırlığın vəziyyətinə həsr olunmuş toplantıda məzunumuzun uğurları haqqında geniş danışıldı. Toplantıda çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov təntənəli surətdə Qızıl medalı H.Həsənova təqdim etdi. H.Həsənov bu etimadı dğruldaraq 654 balla ali məktəbə qəbul olduğunu bildirdi və ali məktəblərə qəbul olunan bütün tələbələr adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
Biz də məzunumuz H.Həsənova gələcək həyatında uğurlar arzu edirik və hər zaman səsinin yüksəklərdən gəlməsini diləyirik!