Hekayə müsabiqəsinin qalibləri

Məktəbimiz 2018-2019 cu tədris ilində bir çox müsabiqələrdə uğurlar əldə etmişdir. Şagirdlərimizin nailiyyətləri müxtəlif sahələrdə özünü göstərmişdir. Bu qələbələrə “Dəyərlərimiz, sərvətimiz, gələcəyimizdir” layihəsi çərçivəsində keçirilən müsabiqədə iki şagirdimizin qalib olması da aiddir. Bunlar 7”B” sinif şagirdi Məmmədova Nuranə və 8”E” sinif şagirdi Abdullazadə Məhəmmədəlidir.

Məmmədova Nuranə “Aleksandr Düma və Xurşudbanu Natəvanın görüşü”, Abdullazadə Məhəmmədəli “Odlar yurdu” adlı hekayələri ilə müsabiqənin qaliblərindən olmuşlar. Hər iki şagirdimiz əsərlərində milli-mənəvi dəyərlərimizin gələcəyimiz üçün danılmaz sərvət olduğunu ustalıqla əks etdirmişdir. Tarixi şəxsiyyətlərin, Vətən yolunda şəhid olan milli qəhrəmanlarımızın yaşadığımız bu gözəl günlər üçün etdiklərini hekayələrində real və obrazlı şəkildə əks etdirdikləri üçün “Pətək” yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyi tərəfindən xüsusi təşəkkürnamə ilə təltif olunmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi