Məktəbimizin istedadlı şagirdləri

Məktəbimizdə xüsusi istedad və qabiliyyəti ilə seçilən şagirdlərin səmərəli təhsil almalarına, bir şəxsiyyət kimi formalaşmalarına, düzgün peşə seçmələrinə hər bir şərait yaradılır. Məktəbin psixoloqu xüsusi istedadlı uşaqların axtarışını, onların yaradıcılıq təlabatlarının təminatını təşkil edir, şagirdlərin öz qabiliyyətlərini reallaşdırmağa kömək edir.
İstedadlı uşaqların əl qabiliyyətlərinin daha da inkişaf etdirməkdə məktəbimizin təsviri-incəsənət müəllimi Mürsəlbəyova Təranə müəllimin böyük rolu var.
Məktəbimizdə tez-tez şagirdlərin rəsm sərgiləri nümayiş olunur. Bu gün keçirilən rəsm sərgisində məktəbin 5”A” sinif şagirdləri Yaqubova Məryəm, Məsimli Tunar və Mehiyeva Səmanın əl işləri, həmçinin 6”D” sinif şagirdi Cəbrayılzadə Nazənin və 8”D” sinif şagirdi Cəbrayılzadə Aqşinin rəsm əsərləri nümayiş olundu.