Gənc fiziklərimiz birinci oldular

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilmiş gənc fiziklərin yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub.

Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, bizim 240 nömrəli məktəbin komandası 36 balla I yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqənin final mərhələsində Suraxanı rayonu üzrə 85, Xəzər rayonu üzrə 136, Sabunçu rayonu üzrə 96, Pirallahı rayonu üzrə 243, Səbail rayonu üzrə 236, Nizami rayonu üzrə 312, Yasamal rayonu üzrə 158, Nəsimi rayonu üzrə 240, Xətai rayonu üzrə 24, Binəqədi rayonu üzrə 83 və 313 nömrəli tam orta məktəblər, Qaradağ rayonu üzrə 166 nömrəli məktəb-lisey, Nərimanov rayonu üzrə 291 nömrəli Ekologiya liseyinin komandaları iştirak edib.

Bu məktəblər içərisində məktəbimizin birinci yeri qazanması sevindirici və qürurvericidir! Gənc fiziklər komandasının üzvləri, 9-cu sinif şagidrdi Mikayılzadə Əsədulla, 10-cu sinif şagirdi Sadıqova Zeynəb və 11-ci sinif şagirdi Həsənov Həsəni bu böyük qələbə münasibətilə məktəbimizin kollektivi adından ürəkdən təbrik edirik! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi