“Tüstüsüz sənaye”-turizm mövzusunda açıq dərs keçirildi

30 may tarixində 9”B” sinfində proqram üzrə coğrafiya fənnindən “Tüstüsüz sənaye”-turizm mövzusunda açıq dərs keçirildi. Dərsdə şagirdlər turizmin növləri və onun inkişafı barədə ətraflı məlumatlar aldılar. İstifadə edilən slaydlar, video materiallar vasitəsi ilə dünya turizmi və Azərbaycanda turizmin perspektivləri barədə məlumatlar şagirdlərdə xüsusi marağa səbəb oldu. Müəllimə Dadaşova Məlahətin qabaqcadan hazırladığı sualllara şagirdlərin verdiyi cavablar öz rəngarəngliyi ilə seçildi.