İstedadlı şagirdimizin növbəti uğuru

Böyüyən gənc nəsil öz istedadı, əldə etdiyi nailiyyətləri ilə Vətənimizin gələcəyinin təmsilçisidir. Məktəbimizdə də istedadlı şagirdlərimiz çoxdur. Bunlardan biri də 7”B” sinif şagirdi Mustafayeva Leyla Rövşən qızıdır. Yaşının az olmasına baxmayaraq, əldə etdiyi nailiyyətlər onun xüsusi istedad sahibi olduğunu sübutudur. Təhsildə qazandığı uğurlarla bərabər, Leyla həm ölkə daxilində, həm də ölkədən kənarda müxtəlif diplomlara, fəxri fərmanlara, medallara layiq görülmüşdür.
20 Yanvar faciəsinin 29-cu ildönümünə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş rəsm sərgilərində diplomla təltif olunmuş, Amerika dövlətinin təşkilatçılığı ilə keçirilən “İşğal altında qalan tarixi abidələrimiz uşaqların gözü ilə” rəsm sərgisində iştirakına görə Amerika nümayəndəliyi tərəfindən sertifikata layiq görülmüşdür.