“Valideyinin məktəbdə bir günü” layihəsinin növbəti mərhələsi

30 may tarixində məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28 yanvar 2019-cu il tarixli F-66 nömrəli əmrinə əsasən “Valideyinin məktəbdə bir günü” ilə bağlı valideyinlərlə görüş oldu.
Proqrama uyğun olaraq əvvəlcə akt zalında məktəbin direktoru ilə görüşdülər. Məktəbin direktoru Esmira Məmmədova məktəbdəki təhsil şəraiti, şagirdlərin təhsil və davranışları, asudə vaxtlarının təşkili haqqında məlumat verdi. Görüşdə valideyinləri maraqlandıran suallar cavablandırıldı.
Sonra valideyinlər məktəb yeməkxanası, idman zalı, fənn kabinetləri, sinif otaqlarındakı şəraitlə yaxından tanış oldular. Arzu edənlərin müxtəlif fənlər üzrə dərslərdə iştirakı təmin edildi.