İstedadlı şagirdimizin rəsm sərgisi nümayiş olundu

Bu günlər məktəbimizdə 10”B” sinif şagirdi Abbasova Nərmin Sərvər qızının rəsm sərgisi nümayiş olunur. Sərgi məktəb şagirdlərinin böyük marağına səbəb olub.
Nərmin xoşladığı mövzularda şəkilləri həm quaş, həm də qara karandaşla çəkir.
Nərmin peşəkar rəsm sənəti ilə 5 yaşından məşğul olmağa başlamış, dəfələrlə rəsm sərgilərində uğurla iştirak edərək, mükafatlara layiq görülmüşdür.
Nərmin məktəbdə tədris olunan fənləri yaşı oxumaqla yanaşı, onu maraqlandıran mövzularda şəkil çəkməyi də xoşlayır.
Biz Nərmin Abasova təhsilində və rəsm dünyasında daha böyük uğurlar arzulayırıq.