“Nəsimi poeziyasının işığında” adlı ədəbi-bədii kompozisiya keçirildi

22 may tarixində məktəbimizdə “Nəsimi ili” ilə bağlı silsilə tədbirlərin davamı olaraq “Nəsimi poeziyasının işığında” adlı ədəbi-bədii kompozisiya keçirildi.
Tədbirdə Bakı Şəhəri Baş Təhsil İdarəsinin nümayəndəsi Təranə Piriyeva, Nəsimi Rayon İcra Hakimiyyətinin başçının müavini Gülarə Verdiyeva, Nəsimi rayonu məktəb direktorlarından bir qrupu iştirak edirdilər.
Tədbirdə şagirdlərin ifasında poeziya tariximizdə siyasi-fəlsəfi şeirin ilk böyük nümayəndəsi olan Nəsiminin qəzəllərinə bəslənmiş musiqilər səsləndi, insan, insan ləyaqəti, insan qüdrətinə inamı əks etdirən şeirlər söyləndi. Ən yadda qalan isə istedadlı şagirdlərin xüsusi aktyorluq məharəti ilə yaratdıqları Nəsimi və Əmir Teymurun dialoqunu əks etdirən səhnəciklər oldu. Haqq-ədalət, yüksək amal uğrunda həyatını qurban verən şairin obrazında səsləndirilən mübariz ruhlu kəlamlar tamaşaçılarda xoş ovqat yaratdı.