Şagirdlərin yaradıcı işlərindən ibarət sərgi təşkil olundu

Məktəbin foyesində xüsusi bacarıq və istedadı ilə seçilən şagirdlərin yaradıcı işlərindən ibarət sərgi təşkil olundu. Sərgidə nümayiş etdirilən eksponatlar öz rəngarəngliyi, müxtəlifliyi ilə diqqəti cəlb etdi. Belə ki, nümayiş etdirilən eksponatların bir qismi şagirdlərin tikmələri, rəsm əsərlərindən ibarət idisə, digər qismi isə tullantılardan, istifadə müddəti qurtarmış əşyalardan hazırlanmış, ikinci həyat verilmiş işlər idi.