“Qəhrəmanlarımız qürurumuzdur” adlı tədbir keçirildi

17 aprel tarixində məktəbdə “Qəhrəmanlarımız qürurumuzdur” adlı tədbir keçirildi. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçının müavini Gülarə Verdiyeva, Nəsimi Rayon Qarabağ Əlillər Cəmiyyətinin sədri Azər Quliyev, Azərbaycan Respublikasının Milli Qəhrəmanları Mirzə Quliyev və Zabit Quliyev iştirak edirdilər.

Milli Qəhrəmanların keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verildi, göstərdikləri qəhrəmanlıqlardan söhbət açıldı. Milli Qəhrəmanlar isə çıxışlarında məktəblilərlə Vətən sevgisini yaddaqalan döyüş xatirələri ilə bildirdilər.

Sonra şagirdlərin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndi, şeirlər söyləndi, rəqslər nümayiş etdirildi. Tədbirin sonunda şəadətli  Azərbaycan  zabitləri ilə xatirə şəkilləri çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi