Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir

İstər evdə, istər təhsil ocaqlarında şagirdlərə hər zaman erməni vəhşiliyini xatırlatmalı, onlara milli-vətənpərvər ruhda böyüməyi aşılamalıyıq.

2016-cı il Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir.

Məktəbin 2”C” “Sağlam təhsil” sinfi bu günü böyük iftixar hissi ilə anıb. Sinif müəllimi Hacıyeva Gülşən Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirmiş, bu döyüşdə şəhid olmuş igid oğullarımızın əziz xatirəsi anılmış, onlar haqqında məlumat verilmişdir. İkincilərin ifasında Aprel döyüşləri zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər dinlənilmişdir. Tədbirin sonunda sinif müəlliminin təşəbbüsü ilə məktəbin həyətində şəhidlərin xatirəsinə şagirdlər tərəfindən ağac fidanları əkilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi