Məktəbdə psixodiaqnostik iş

Məktəbin psixoloqu Mehdiyeva Nəzrin şagirdlərin idrak və emosional sahəsinin inkişaf xüsusiyyətlərini müəyyənləşdirmək  məqsədi ilə STS və digər sinif şagirdləri ilə psixodiaqnostik testlər keçirmişdir. Psixoloq kiçik məktəblinin diqqətinin keçirilməsi və paylanılmasının ölçülməsinə aid “Şifrələnmə” testi, Etkindin “Münasibətlərin rəngli” testi, “Lyuşer” testi, Vartegin “Dairələr” testi, Qubinaftin “İnsan şəklini çək”, Raven “İşarələri yerləşdir” , “Ailə” testlərini uşaqlarla keçirib. Şagirdlərin məktəb motivasiyasını, məktəbə və təlim prosesinə münasibətini öyrənmək məqsədi ilə şagirdlərlə N.Luskovanın anket-sorğusunu aparıb. Psixoloqun keçirtdiyi testlərin və anket-sorğunun diaqnostik nəticələri sinif rəhbərləri ilə müzakirə olundu və birgə fəaliyyət istiqaməti müəyyənləşdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi