Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi

2019-cu il Nəsimi ili elan edilməsi ilə əlaqədar olaraq məktəbdə silsilə tədbirlər həyata keçirilir.
Ədəbiyyat biliciləri məktəbdə böyük şairin yaradıcılığına aid təqdimatlar nümayiş etdirdilər. Onların təqdimatları İ.Nəsiminin yaradıcılığının müxtəlif sahələrini əhatə edirdi. Əliyeva Aytən və Hacızadə Yusifin çıxışları xüsusilə fərqləndi.