Bayram şənliyi keçirildi

Bayramsayağı bəzədilmiş məktəbin akt zalı yenə şagirdlərin ixtiyarına verilmişdi. 19 mart tarixində “Yurdumuza bahar gəlir” adlı bayram şənliyi keçirildi.
Tədbirdə milli-mənəvi dəyərlərimizdən söhbət açıldı, videomateriallara baxıldı. Xalqın tarixini, mədəniyyətini özündə yaşadan milli rəqslər, oyunlar nümayiş etdirildi. Ölkəmizin müxtəlif bölgələrində fərqli keçirilən Novruz adətlərini əks etdirən səhnəciklər göstərildi, yazın gəlişi ilə təbiətdə, insanların əhvali-ruhiyyəsindəki xoş ovqatı vəsf edən şeirlər söyləndi, mahnılar oxundu.