Xocalı faciəsinin ildönümü geniş qeyd edildi

Xocalı faciəsinin ildönümü məktəbimizdə geniş qeyd edildi. Bu münasibətlə inşa yazı müsabiqəsi keçirilmiş, divar qəzetləri çıxarılmış, şagirdlərin rəsm sərgisi foyedə təşkil edilmişdi.
Bu mözu ilə bağlı kitabxanada da tədbir keçirilmişdir. Dəyirmi masa ətrafında toplaşan şagirdlər mənfur düşmənin törətdiyi acı həqiqətlərə münasibət bildirmiş, fikir mübadiləsi aparmışlar.
Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya akt zalında keçirildi. Şagirdlərin söylədikləri şeirlərdə, oxunan mahnılarda, göstərilən tamaşalarda həmin günlərin faciəsi yad edildi, ermənilərin törətdikləri soyqırım pislənildi, düşmən lənətləndi.