Valideynin məktəbdə bir günü

Bakı şəhəri 240№li tam orta məktəbdə 21.02.2019-cu il tarixdə BŞTİ tərəfindən F-66 ,28.01.2019-cu il tarixli məktuba əsasən “Valideynin məktəbdə bir günü ” adlı tədbir keçirildi. İlk öncə valideynlər məktəbin akt zalında toplaşdılar. Məktəbin direktoru Esmira Məmmədova məktəbin fəaliyyəti, uğurları və nailiyyətləri haqqında geniş məlumat verdi və valideynləri məktəb həyatında daha fəal iştirak etməyə, valideyn-müəllim-şagird münasibətlərin daha sıx formada iştirak etməsinin şagirdlərin təlim-tərbiyə prosesində müsbət təsirinin olduğunu bildirdi. Daha sonra valideynlər qruplarla tədbirin proqramına uyğun olaraq tədris prosesini izləmək məqsədilə dərslərdə iştirak etdilər. Valideynlər məktəbdə gördükləri haqqında fikirlərini bölüşdükdən sonra tədbir şagirdlərin iştirakı ilə konsert proqramı ilə yekunlaşdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi