2018-ci ilin son uğurları

Məktəbimiz 2018-ci ili uğurla başa vurdu. Belə ki, 28 dekabr tarixində 20 №-li məktəb-liseyin akt zalında “Lütfi Zadə adına III məntiq olimpiadası”nın mükafatlandırma mərasimi keçirilmişdir. Məktəbimizin 7e sinif şagirdləri Əlizadə Nihad və Pənahov İsgəndər də olimpiada qalibləri arasında olmuşlar. Onlara medal və hədiyyələr təqdim olunmuşdur.
Eyni məkanda keçirilən ikinci tədbirdə isə məktəbimizin ibtidai sinif müəllimi Səmədova Mətanət Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə, kimya və biologiya müəllimi Quliyeva Gülnarə “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşlar.
Biz də məktəb kollektivi adından qalib şagirdlərimizi və təltif olunan müəllimlərimizi təbrik edir, həmçinin təhsilə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidentinə və Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkürümüzü bildiririk. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə bütün təhsil işçilərini, o cümlədən Azərbaycan xalqını ürəkdən təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi