31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir

28 dekabr 2018-ci il tarixdə məktəbin şagirdlərinin əl işləri, rəsmləri və bayramsayağı bəzədilmiş akt zalında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş "Mən Azərbaycanlıyam" adlı musiqili ədəbi-bədii bayram kompozisiyası keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Dünya azərbaycanlılarının birliyini, həmrəyliyini əks etdirən videomateriallar nümayiş etdirildi. Sonra bayram əhval-ruhiyyəli şagirdlər bu tarixi günlə bağlı şeirlər söylədilər, mahnılar ifa etdilər, maraqlı rəqslərlə çıxış etdilər.