İdmançı şagird

Dəfələrlə idman yarışlarından qələbə ilə çıxan 5c sinif şagirdi Qiyaslı Renat kikboksinq üzrə "Bakı OPEN - 2018" yarışlarında da qalib gəldi. I yerə layiq görülən idmançımız Qızıl kəmər və qızıl medalla mükafatlandırıldı. Uğurların bol olsun, Renat! Daha uca zirvələri fəth edəsən, səsin dünya, Avropa yarışlarından gəlsin!
Qiyaslı Renat dərslərini də yaxşı oxuyur. Davranışı, tərbiyəsi ilə yoldaşlarının və müəllimlərinin sevimlisidr.