Nümunəvi dərs

Bu gün 1"Ç" sinfində Texnologiya dərsində uşaqlar maraq və həvəslə kağızdan müxtəlif palma ağacı hazırladılar. Onlar əvvəlcə palma ağacının detallarını hazırlayıb, kağız üzərinə yapışdırırlar. Bu prosesdə onlar yapışqan və qayçı ilə işləyərkən təhlükəsizlik texnikası və gigeyena qaydalarına əməl edirlər. Bu tapşırıq şagirdlərdə nəinki sadə tərtibat bacarıqlarını, eləcə də birgəfəaliyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdirir. Sonda hazırladıqları təqdimat onlarda sevinc hissi ilə yanaşı öz bacarığına inam hissi yaratdı.