Növbəti maarifləndirici tədbir keçirildi

Bu gün məktəbimizdə “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2014-2018-ci illər)”nin 13.9.4-cü bəndini rəhbər tutaraq uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində növbəti maarifləndirici tədbir keçirildi. Şagirdlərlə onların hüquqlarının qorunması və pozulmasına yol verilməməsi ilə bağlı söhbət aparıldı. Şagirdləri maraqlandıran suallar cavablandırıldı,onlara məsləhət və tövsiyələr verildi. Tədbirdə uşaqların cəmiyyətdə olan sosial problemləri ilə bağlı videoçarx nümayiş etdirildi.