“Qəza baş versə” mövzusunda açıq dərs keçirildi

Bu gün maraqlı dərslərdən biri də 2”C” sinfində keçirildi. 2”C” Sağlam Təhsil sinfinin müəllimi Hacıyeva Gülşən Həyat bilgisi dərsində “Qəza baş versə” mövzusunda açıq dərs keçirərək şagirdlərə təbii və texnogen qəzalar zamanı özünümühafizə vasitələrini, onların təyinatını müəyyənləşdirərək istifadə qaydalarını izah etdi.
Sonda mövzu ətrafında şagirdlər təbii və texnogen qəzaları bir- birindən fərqləndirməklə qəzalar zamanı özünümühafizə qaydalarını nümayiş etdirdilər. Fövqəladə hadisələr zamanı necə davranmalı, zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsi və yarana biləcək fövqəladə hadisələrdən qorunmaq üçün şagirdlər kiçik səhnəciklər hazırlayaraq öz yoldaşlarına təqdim etdilər.