Şagirdin əl işlərindən ibarət sərgi təşkil edildi

Bu gün məktəbdə 6”B” sinif şagirdi Mayılzadə Fatimənin əl işlərindən ibarət sərgi təşkil edildi. Sərgidə dekarativ tətbiqi sənət növlərindən: tikmə, toxuma, muncuqla iş, müxtəlif mövzuda çəkilmiş rəsm əsərləri nümayiş etdirildi. Rəng çalarları, mövzu baxımından rəngarənglik şagirdlərin marağına səbəb oldu. Bu sənətə maraq, həvəs Fatiməni daha yüksək zirvələri fəth etmək üçün öz üzərində ciddi işləməyə vadar edir.