Məktəbin müəllimi fəxri ada layiq görüldü

Noyabrın 28-də Bakı Konqres Mərkəzində keçirilmiş müəllimlərin XV qurultayı zamanı nümayəndə heyətində məktəbimizin direktoru Məmmədova Esmira xanım və məktəbin müəllimi Mirizadə Gülşən iştirak etmişdilər. Qurultaydan çox yaxşı əhval-ruhiyyə ilə ayrılan məktəb direktoru Esmira xanım öz təəssuratlarını məktəb kollektivi ilə bölüşmüş, orada müzakirə edilən məsələlər barədə müəllimlərə geniş məlumat verdi.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı vəTərəqqi” medalı ilə təltif olunmuş 127 nəfər təhsil işçisinə dövlət təltifləri təqdim edildi.

Təltif edilən müəllimlərin sırasındakılardan biri də məktəbimizin müəllimi Mirizadə Gülşən Məmməd qızı idi. O, “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Gülşən müəlliməni kollektivimiz adından təbrik edirik, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi