“ Təhlükəsiz yol” adlı tədbir keçirildi

Məktəbimizdə yol-nəqliyyat hadisələrinin qaşısının alınması istiqamətində profilaktik maarifləndirmə tədbirlərinin keçirilməsi planlaşdırılmışdı.
Yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi ilə şagirdlərə yollarda davranış qaydalarının öyrənilməsinə və bu qaydalara riayət edilməsini təmin etmək məqsədi ilə tədbirlərin keçirilməsinə başlanmışdı.
Bu məqsədlə 4”C” sinfində “ Təhlükəsiz yol” adlı tədbir keçirilmişdi.
Tədbirdə şagirdlərə yol nişanları, işıqfor, piyada keçidləri və. s haqqında geniş məlumat verilmiş və yol hərəkətinə aid maraqlı səhnəcik nümayiş etdirilmişdi.
Şagirdlər yol hərəkətinə aid cizgi filminə tamaşa etmiş və yeni öyrəndiklərini müzakirə etmişlər.
Məktəbdə şagirdlərin yol hərəkəti qaydalarına daha mükəmməl yiyələnməsi və bu sahədə davranış mədəniyyətinin formalaşması məqsədi ilə belə tədbirlərin davamlı olması nəzərdə tutulmuşdur.