Mikayıl Müşfiqə həsr olunmuş tədbir keçirildi

27 noyabr tarixində məktəbdə ədəbiyyatsevərlər ənənəvi olaraq daha bir böyük sənətkarı andılar. Bu, əzablı həyat və yaradıcılıq yolu keçmiş lirik şairimiz Mikayıl Müşfiqə həsr olunmuş tədbir idi.
Şairin həyatı və yaradıcılığı haqqında məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülüstan Babazadə şagirdlərə ətraflı məlumat verdi.
Şagirdlərin ifasında şairin şeirlərindən nümunələr səsləndi, sözlərinə bəstələnmiş mahnılar dinlənildi.