Bayraq Gününə həsr olunmuş bayram tədbiri keçirildi

Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu bizim millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.
Azərbaycan Respublikasının rəsmi sinvollarından biri bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 5 fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyi elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir.
7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı, Azərbaycan bayrağı Parlament binası üzərində qaldırılmışdır.
İlham Əliyev 17 noyabr 2007-ci ildə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 17 noyabr 2009-cu ildə isə Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 9 noyabr tarixində Azərbaycanda hər il Dövlət Bayrağı Günü qeyd olunur.
Bu gün məktəbimizdə də bu bayram münasibəti ilə müxtəlif tədbirlər keçirildi. Şagirdlərin əl işlərinin sərgisi, inşa müsabiqəsi keçirildi, ədəbi- bədii kompozisiya maraqla izlənildi. Şagirdlər qarşısında tarix müəllimi Vəliyev Mənsurun bayraq haqqında məlumatı diqqətlə dinlənildi.