Şagirdlərimiz sərgidə

11 oktyabr 2018-ci il tarixində məktəbimizin 9-11-ci sinif şagirdləri Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak etdilər. Şagirdlərimiz ''Education'' sərgisində dərs evinin təşkil etdiyi viktorinada fəal iştirak edərək müxtəlif hədiyyələr qazandılar.
Sərgi şagirdlərin marağına səbəb oldu. Sərgidə iştirak edən nümayəndələr şagirdləri maraqlandıran suallara ətraflı cavab verdilər. Nümayəndələr öz bukletlərini şagirdlərə payladılar. Onlar öz universitetləri haqqında maraqlı məlumatlar verdilər.