‘’Göyərçinik biz’’ adlı tədbir keçirildi

1 iyun tarixində məktəbimizin ibtidai sinif müəllimi Pəri Qasımovanın təşkilatçılığı ilə 1-İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir keçirildi. Məktəbin 3’’B’’ sinif şagirdlərinin iştirakı ilə ‘’Göyərçinik biz’’ adlı tədbir hazırlandı. Dövlət himninin səslənməsindən sonar şagirdlər ‘’Göyərçinik biz’’ mahnısı ilə tədbir iştirakçılarını salamladılar.
Tədbirdə şagirdlər bir çox dünya xalqlarının (türk, alman, fransız, ingilis, rus) dillərində söylədikləri şeirlərdə, mahnılarda sülh, əmin-amanlıq arzularını, dostluq, qardaşlıq istəklərini ifadə etdilər.
Sonda Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri mükafatlandırıldı.