Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir

AXC-nin 100 illik yubileyi 240 nömrəli tam orta məktəbdə də qeyd edildi. Bu münasibətlə mövzu ilə bağlı dəyirmi masa, AXC dövründə dövlət quruculuğu, AXC dövründə təhsil və maarif məsələləri, AXC dövründə ordu quruculuğu, ‘’AXC-demokratik respublikadır’’ mövzularında təqdimatlar hazırlanmışdır.

Şagirdlərin əl işləri, rəsm sərgisi nümayiş etdirildi. ‘’AXC  Şərqdə ilk parlamentli respublikadır’’ adlı guşə yaradıldı, müxtəlif buklet, bülleten, divar qəzetləri hazırlandı. ‘’Müstəqilliyimiz əbədidir’’ mövzusunda inşa müsabiqəsi keçirildi. Yubileyə həsr olunmuş bədii-sənədli filimlərin nümayişi təşkil edildi. Yubileylə bağlı idman və hərbi yarışlar, tarix muzeyinə ekskursiya təşkil edildi.

Tədbirin planı ədəbi kompozisiya ilə yekunlaşdırıldı. Şagirdlərin oxuduqları mahnı və şeirlər, göstərdikləri səhnəciklər maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi