Ulu öndər Heydər Əliyevin məzarı şagirdlər tərəfindən ziyarət edildi

XX əsrin fenomeni, siyasət nəhəngi, ümummilli lider Heydər Əliyev haqqında çox fikirlər söylənmiş, çox sözlər deyilmişdir. Lakin deyilənlərin hələ heç biri Heydər Əliyev şəxsiyyətinin ucalığını, ülviliyini tam və dolğun şəkildə əks etdirə bilməmişdir. Bu təbiidir, çünki hansı tərəfdən baxırsan bax, uca dağları bütöv bir şəkildə seyr etmək mümkün deyil. Heydər Əliyev elə bir zirvədir ki, ondan ucaya qalxmaq mümkünsüzdür. Bu insana qarşı hər evdə hörmət, izzət sonsuzdur. Yalan deyil ki, körpələrin də ən sevimli kəlməsi ‘’Heydər baba’’dır. Nəsimi rayonu 240 saylı tam orta məktəbin 1’’C’’ ''Sağlam təhsil'' sinfinin fidan balaları da ulu öndərin məzarını böyük qürur və həvəslə ziyarət etmiş, məzarı önünə tər çiçəklər qoymuşlar. Sinif müəllimi Gülşən Hacıyeva da dahi şəxsiyyət haqqında uşaqları geniş məlumatlandırmışdır.