Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə silsilə tədbirlər davam edilir

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə Nəsimi rayonunda silsilə tədbirlər davam etdirilir. Silsilə tədbirlər çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi ərəfəsində Nəsimi rayonu ərazisində genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri aparılmışdır.
Bu məqsədlə məktəbin direktoru Məmmədova Esmira xanim, məktəb müəllimləri və şagirdləridə bu tədbirlərdə fəal iştirak etmişdilər.
İməclik zamanı rayonun ayrı-ayrı ərazilərində, mikrorayonlarda, mövcud park və bağlarda,yaşıllıq zolaqlarında 5000-dən artıq müxtəlif növdən olan həmişəyaşıl ağaclar əkilmiş, mövcud yaşıllıqlara qulluq göstərilmiş, məhəllələrdə abadlıq və təmizlik işləri aparılmışdır.