Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 95 il keçir

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə bağlı 240 nömrəli tam orta məktəbdədə qeyd olunur. Bu münasibətlə müxtəlif tədbirlər keçirilir. ‘’Zərif ürəkli məğrur qadın’’ mövzusunda keçirilən inşa yazı müsabiqəsinin şəhər turunun qalibi Məmmədli Aydan mükafata layiq görüldü.
Yubileyle bağlı ədəbi-bədii gecə himnin sədaları altında açıldı. Məktəbin Biologiya müəllimi Gülnarə Quliyeva Zərifə xanımın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Şagirdlərin ifasında rəqslər, şeirlər və mahnılar maraqla qarşılandı.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım ziyarət etmək məqsədilə Fəxri Xiyabana ekskursiya təşkil olundu.