‘’Conversation Club’’ təşkil edildi

İngilis dili müəllimləri Süleymanova Ruhəngiz və Yaqubova Könül İngilis dili aylığında VII və VIII siniflər arasında ‘’Conversation Club’’ təşkil etdilər.Dərsdən fərqli olaraq bu kulubda uşaqlar ‘’Charity and kindness’’ mövzusu ətrafında öz fikir və düşüncələrini bildirdilər. Azərbaycanın tarixində xeyirxahlığı ilə məşhur olan şəxslərin fəaliyyətindən söhbət etdilər. Daha sonra dərsi maraqlı psixoloji- oyun testləri ilə davam etdirdilər. Mövzunun müzakirəsindən əvvəl məktəbin şagirdləri arasında İngilis dilində aparılan sorğu videosu da həm şagirdlər, həm də qonaqların marağına səbəb oldu. Sonda şagirdlər tapşırıqları yerinə yetirərək ‘’Gəlin hər kəsə mərhəmətli olaq’’ şüarı ilə dərsi yekunlaşdırdılar.
Videoya aşağıdakı linkdən ətraflı baxa bilərsiniz.