Şagirdlərin uğurları

Məktəbimizin 6-cı sinif şagirdləri Yəhyazadə Nazim və Əlizadə Nihad Təhsildə İnkişaf və İnnovasiyalar üzrə birinci qrant müsabiqəsi layihəsi çərçivəsində keçirilən Bakı şəhəri üzrə Məktəblilərarası Fənn Müsabiqəsində Riyaziyyat fənni üzrə üçüncü yer tutduqları üçün təltif edildilər. Şagirdlərimizi təbrik edir və uğurlar arzulayırıq.