Məktəbin müəllimi ‘’Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi’’ döş nişanı ilə təltif olundu

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib.

Görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, idarənin struktur bölmə rəhbərləri, məktəb direktorları, təlim–tərbiyə işləri üzrə direktor müavinləri və müəllimlər iştirak ediblər.

Görüşdə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və  “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” və “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəxri Fərmanı” ilə təltif olunmuş bir qrup təhsil işçilərinə mükafatlar da təqdim edilib.

Tədbirdə 240 saylı tam orta məktəbin müəllimi Mirizadə Gülşən Məmməd qızı  ‘’Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi’’ döş nişanı ilə təltif edilmişdi. Gülşən müəlliməni məktəb kollektivi adından təbrik edirik. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi