“9 noyabr -Bayraq Günü “münasibətilə silsilə tədbirlər keçirilib

240 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.3.14-cü bəndinə əsasən şagirdlərdə dövlət rəmzlərinə, vətənpərvərlik, milli- mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması məqsədilə məktəbimizdə 08.11.2017-ci il tarixində “ 9 Noyabr – Dövlət Bayrağı Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbir ümummilli lider H.Əliyevin “Bayraq sadəcə bir elə bayraq deyil.O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Hər bir evdə gərək Azərbaycanın dövlətinin bayrağı olsun. Hər bir evdə və hər bir ailə gərək Azərbaycan bayrağına itaət etsin.” sözləri ilə başlanmışdır. Tədbirdə şagirdlərimiz manhılar, şeirlər, rəqs nümunələri ilə çıxış etdilər.