“Narkomaniyaya yox deyək! ” adlı tədbir keçirildi

Narkomaniya ilə mübarizə məqsədi ilə uşaq və yeniyetmələrin məlumatlandırılması və maarifləndirilməsi, həmçinin sağlam gənclərin yetişdirilməsi üçün bu gün Bakı şəhəri Nəsimi rayonu 240 № tam orta məktəbdə “Narkomaniyaya yox deyək! ” adlı tədbir keçirildi. Tədbirdə Nəsimi rayonu Polis İdarəsinin rəis müavini polis polkovnik- leytnant Vüsal Rüstəmov, yetkinlik yaşına çatmayanlarla proflaktik işin təşkili bölməsinin rəisi polis mayoru Firdovsi Əsədli və həmin bölmənin inispektoru polis leytnantı Faiq Sayadlı iştirak ediblər. Çıxışlarda narkotikanın insan orqanizminə, sağlamlığa, mənəviyyata vurduğu zərərlərdən, narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən, həyata keçirilən profilaktik tədbirlərdən danışılıb, bu dəhşətli bəlanın yayılmasının qarşısının alınması üçün hamılıqla mübarizə aparılmasının vacibliyindən danışılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi