Xocalı harayı
Bakı şəhəri 240 №-li tam orta məktəbində 26 fevral 2015-ci ildə Xocalı faciəsinin 23 illiyinə həsr olunmuş "Xocalı harayı" adlı tədbir keçirildi.Xocalıda həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Tədbirin əvvəlində tarix müəllimi Vəliyev Mənsur "Xocalı soyqırımı 20-ci əsrin ən dəhşətli faciəsidir" mövzusunda məruzə etdi. Şagirdlərin ifasında faciəyə aid şeir nümunələri səsləndi. Sonra Xocalı faciəsinə aid çəkilməş rəsmlər nümayiş etdirildi. Tədbir faciəni əks etdirən videoçarxların nümayiş etdirilməsi ilə başa çatdı.