20 Yanvar faciəsinin 25 illiyi

Bakı şəhəri 240 №-li tam orta məktəbində yanvarın 19-da 20 Yanvar faciəsinin 25 illiyi ilə əlaqədar tədbir keçirildi. Tədbirin əvvəlində tarix müəllimi Əhmədova Mehparə " 20 yanvar - Müstəqilliyə gedən yolun başlanğıcıdır" mövzusunda məruzə etdi. Sonra məktəb şagirdləri faciəyə həsr olunmuş şeirlər söylədilər. Tədbirdə 20 Yanvar faciəsinin şahidlərinə də söz verildi. Onlar həmin günün ağırlığını dilə gətirdilər.Tədbirin sonunda faciəni əks etdirən videoçarx nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi