NƏSİMİ RAYON İCRA HAKİMİYYƏTİNDƏ GÖRÜŞ

10 sentyab 2015-ci il tarixində Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclası keçirilmişdir. İclas Nəsimi rayonunda keçən tədris ilinin yekunlarına və yeni təhsil ilinə hazırlığın vəziyyətinə həsr olunmuşdur. Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov toplantıda çıxış edərək ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışmışdır. Qeyd olunmuşdur ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Tədbirdə görülən işlərlə yanaşı keçən tədris ilində təhsil müəssisələrinin qazandığı uğurlardan da danışılmışdır. Çıxışda qeyd olunmuşdur ki, 2014-2015-ci tədris ilində rayonun orta məktəblərini 1532 nəfər bitirmiş, onlardan 1378 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 957 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 200 nəfəri 500-dən yuxarı, 72 nəfəri 600-dən, 29 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 166 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. Sonda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur. 29 nəfərin içərisində məktəbin 600-dan yuxarı bal toplamış 8 nəfər məzunun olmasından qürur duyuruq. Məzunları təbrik edir, uğurlarının davamını diləyirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi