İKT savadlılığının artırılması üzrə təlimlərdə yüksək nəticə göstərən ibtidai sinif müəllimlərimiz mükafatlandırıldı

Mayın 20-23-də keçirilən tədbirlərin yekunu olaraq bu gün Park İnn otelində İKT savadlılığının artırılması üzrə təlimlərdə yüksək nəticə göstərən ibtidai sinif müəllimlərinin və inzibati heyətin mükafatlandırılma mərasimi keçirildi. Diaqnostik qiymətləndirmədən müvəffəqiyyətlə keçmiş, həm də təlimlərdə iştirak edərək yekun qiymətləndirmədən yüksək bal toplayan 1103 müəllim və inzibati heyət sertifikata və müxtəlif hədiyyələrə layiq görüldü. Onlardan iki nəfəri məktəbimizin ibtidai sinif müəllimləri Səmədova Mətanət Yelmar qızı və Məmmədova Elmira Fazil qızıdır. Müəllimlərimiz 3000 nəfər müəllim arasında keçirilən bu təlimlərdə yüksək nəticələr əldə edərək prometan lövhə, kompyuter, proyektor kimi qiymətli hədiyyələrlə mükafatlandırıldılar.M. Səmədova və E. Məmmədova dərslərini müsair tələblər səviyyəsində qurmağa çalışan, dərslərində innovativ texnologiyalardan səmərəli istifadə edən, məktəbin bütün tədbirlərində fəal iştirak edən qabaqcıl müəllimlərdəndir. M. Səmədova “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibidir. E. Məmmədova “ Elektron dərslər” müsabiqəsinin fəal iştrakçılarındandır.Müəllimlərimizi bu böyük qələbə münasibətilə təbrik edir, gələcəkdə daha böyük nailiyyətlər əldə etmələrini arzulayırıq.