2024/2025- ci tədris ilinin "Son zəng"i çalındı
Bugun məktəbimizdə "Son zəng" tədbiri keçirildi. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri, qonaqlar, müəllim və şagird kollektivi, valideynlər, 1-ci sinif şagirdləri iştirak etdilər.Tədbir rəsmi və bədii hissədən ibarət oldu.Tədbir Dövlət Himninin səsləndirilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü,suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Bədii hissə milli-mənəvi dəyərlərimizə uyğun şəkildə təşkil olunmaqla hər sinif öz çıxışı ilə təşəkkür və duyğularını ifadə edib, bədii kompozisiya nümunələrini göstərdilər.
Bütün məzunlarımızı təbrik edir, gələcək həyatlarında uğurlar arzu edirik.