ŞAGİRDİMİZİN UĞURU

   Məktəbimizin 10"A" sinif şagirdi Məhərrəmli Nərmin G.O.C – Global Olympiad Center-in təşkilatçılığı ilə (Beynəlxalq olimpiada və yarışmalar) 17 may 2025-ci il tarixində Bakı Biznes Univeritetində Olympiad U.S.A – Beynəlxalq ingilis dili olimpiadasında iştirak etmişdir. Qaliblərin şərəfinə Gülüstan sarayında möhtəşəm tədbir keçirilmiş və şagirdimiz Nərmin gümüş medal,sertifikatlar və finala vəsiqə ilə təltif olunmuşdur.

  Bu münasibətlə Nərmini,ona 1-ci sinifdən ingilis dili dərsini tədris edən Yaqubova Könül müəlliməni və valideynlərini məktəb kollektivi adından ürəkdən təbrik edirik. Final mərhələsində Nərminə uğurlar və daha yüksək zirvələr arzulayırıq! Final mərhələsi 7-11 tarixində A.B.Ş-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi