“Qarabağı unutma” adlı tədbir

26.05.2015-ci il tarixində Bakı şəhəri 240 №-li tam orta məktəbdə Yayım Assosiasiyası tərəfindən “Qarabağı unutma” adlı tədbir keçirildi. Tədbirdə Qarabağ müharibəsinin iştirakçıları Rauf İlyasoğlu və Təranə Mürsəqulova da iştirak edirdi. Müharibə iştirakçıları Qarabağ müharibəsi və keçdikləri şərəfli döyüş yolu haqqında şagirdlərə xatirələrini danışdılar. Məktəbin şagirdlərinin ifasında doğma vətənimiz və onun ayrılmaz parçası olan Qarabağ haqqında şeirlər dinlənildi. Tədbirdə çıxış edən məktəbin direktoru Esmira Məmmədova iştirakçılara minnətdarlığını bildirdi və qeyd etdi ki, bu cür tədbirlərin ardıcıl keçirilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.Tədbirin sonunda məktəb kitabxanasına və şagirdlərə vətənpərvərlik mövzusunda, o cümlədən Qarabağa aid kitablar hədiyyə edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi