İməcilikdə

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və faşizm üzərindəki qələbənin 70 illiyi ilə əlaqədar olaraq Bakı şəhəri 240 №-li məktəbdə 9,10 may tarixlərində iməcilik keçirildi. İməcilikdə müəllim, şagird və texniki işçilər fəal iştirak etdilər. Məktəbin daxilində və həyatyanı sahəsində təmizlik və abadlıq işləri aparıldı. Sinif otaqları, dəhlizlər təmizləndı, ağacların dibi belləndi və əhənglə rəngləndi.